ABŞ səfiri Qobustan Qoruğunda olub

ABŞ səfiri Qobustan Qoruğunda olub
# 07 oktyabr 2019 10:06 (UTC +04:00)

Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

APA-nın məlumatına görə, səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub.

Qonağa Qobustan abidələri, aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvirin, 20 mağara və yaşayış yerinin, 40 kurqanın aşkar edilib öyrənildiyini səfirin diqqətinə çatdıran qoruğun direktoru Vüqar İsayev Qobustanın 2007-ci ildə UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Qeyd edib ki, nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qobustanı heyrətamiz mədəni irs bölgəsi adlandıran səfir, qədim incəsənəti görməkdən və buranı ziyarət etməkdən məmnunluğunu ifadə edib. Buradakı abidələrin insanlığın qoyub getdiyi universal bir tarix olduğunu və Azərbaycanın yer üzərində bəşəriyyətin belə vacib bir hissəsi olması ilə mükafatlandırıldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR