Ağdamda V beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir

Beşinci beynəlxalq Həmzə Nigari simpoziumu

© APA | Beşinci beynəlxalq Həmzə Nigari simpoziumu

# 17 may 2022 15:20 (UTC +04:00)

Ağdamda Beşinci beynəlxalq Həmzə Nigari simpoziumuna start verilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, simpozium Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam mərkəzində keçirilir.

Beşinci beynəlxalq Həmzə Nigari simpoziumu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə təşkil olunub. 3 gün davam edəcək beynəlxalq simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.

Simpoziumda milli rəqslər, ifalar, bədii qiraət nümunələri təqdim olunacaq.

Eyni zamanda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya və s. ölkələrdən 200-dən çox alim və tədqiqatçının məruzələri dinləniləcək.

Məruzələr Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları kimi mövzuları əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR