Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq
# 09 iyul 2019 17:16 (UTC +04:00)

İyulun 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünü başa vuracaq.

APA-nın məlumatına görə, həmin gün xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Tamaşanın rejissoru xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Səhnə əsərində xalq artisti Afaq Bəşirqızı ilə yanaşı əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR