AMEA-nın Mədəniyyət Nazirliyinin tabeliyinə verilən muzeyləri təkmilləşdiriləcək

AMEA-nın Mədəniyyət Nazirliyinin tabeliyinə verilən muzeyləri təkmilləşdiriləcək
# 29 iyul 2022 11:07 (UTC +04:00)

“Cənab Prezidentin müvafiq Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Mədəniyyət nazirliyi cənab Prezidentə milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması işində xüsusi diqqətinə görə təşəkkür edir, bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti qarşımızda daha ciddi vəzifələr qoyur”, - qeyd olunur.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyinin əsasnaməsinə uyğun olaraq dövlət mülkiyyətində olan muzeylər Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir: “Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin də mövcud vəziyyətinin təkmilləşməsi və idarə edilməsi yüksək standartlarla təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR