Anar Kərimov: "Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir"

Anar Kərimov: "Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir"
# 20 iyun 2022 20:54 (UTC +04:00)

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın İslami İrşad və mədəniyyət naziri Mehdi İsmaili ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə A.Kərimov İran və Azərbaycan arasındakı əlaqələrdə yeni səhifə açılacağına inandığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edə bilər:

“İrana səfərdə məqsəd iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı mədəniyyət əlaqələrinin də inkişaf etdirilməsidir. İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Kitab sərgisinin təşkili, ədəbiyyat sahəsində əməkdaşlıq buna nümunədir.”

O İranın Azərbaycanın işğaldan azad olmuş ərazilərində xüsusilə Şuşada fəaliyyət göstərməkdə maraqlı olmasını alqışlayıb.

O İranın İslami İrşad və mədəniyyət nazirini Azərbaycana səfər etmək üçün dəvət edib.

Görüşdə Məhəmməd Mehdi İsmaili iki ölkə arasında olan əlaqələri dostluq və qardaşlıq əlaqələri adlandırıb.

Məhəmməd Mehdi İsmailinin sözlərinə görə, əlaqələrin inkişafı baxımından qarşıya çıxan maneələr aradan qaldırılmalıdır.

O iki ölkə arasında yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağını və bunun əlaqələrin inkişafına təkan verəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR