Anar Kərimov: Qarabağda vandalizmə məruz qalan abidələr təsnifatlaşdırılır, UNESCO-ya göndərilir

# 05 oktyabr 2022 13:00 (UTC +04:00)

Qarabağdakı dağıdılmış abidələr nazirliyin daima diqqətində olan bir məsələdir.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir sözügedən dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində iş getdiyini vurğulayıb: "Bu məsələ ənənəvi olaraq, bizim gündəmimizdədir. 30 illik işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Və davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlara göndərilir, məlumatlandırılır. Ermənistan bu cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR