Anar Kərimov: “Mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh lazımdır”

Anar Kərimov

© APA | Anar Kərimov

# 02 dekabr 2021 11:11 (UTC +04:00)

“Bu forum bizim hər birimiz üçün böyük imkanlar yaradır”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Nazir bildirib ki, mədəniyyət və sülh arasında qarşılıqlı əlaqələr var: “Sülh naminə mədəniyyət kifayət qədər yeni təşəbbüsdür. Biz Qarabağın işğaldan azad olmuş ərazilərinə getdikdə mədəni irsə qarşı olan dağıntının miqyasını görə bildik. Bizim planlarımız azad olunmuş əraziləri bərpa etmək və orada olan iqtisadiyyatı yenidən canlandırmaqdır, bunun üçün bizə dayanıqlı sülh lazımdır. O dağıntılar ermənilərin ürəklərində və beynində olan nifrətlə əlaqəlidir. Biz bunu başa düşdük və mədəniyyət naminə sülh ideyası ilə hərəkət etmək qərarı verdik. Biz mədəniyyət naminə sülh ideyasını təşviq etmək, bu ideyanı tətbiq etmək istəyirik. Sülh mədəniyyəti mədəniyyətin sülhə verəcəyi töhfəyə əsaslanır. Bu iki mövhum arasında qarşılıqlı əlaqə var. Mədəniyyət naminə sülh ideyasına görə, mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh lazımdır. Bunun üçün təkcə fiziki bərpa yetərli olmayacaq. Burada eyni zamanda münasibətlərin yenidən çiçəklənməsindən söhbət gedir. İnsanlar arasında münasibətlərin bərpası üçün də mədəniyyət naminə sülh ideyası lazımdır”.

A.Kərimov beynəlxalq təşkilatları, digər ölkələri mədəniyyət naminə sülh təşəbbüsünü dəstəkləməyə çağırıb: “Sülh və mədəniyyət bölgədə dayanıqlı sülh üçün çox vacib elementdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR