Anar Kərimov Mexikoda Xocalı abidəsini ziyarət edib

Anar Kərimov Mexikoda səfərdədir

© APA | Anar Kərimov Mexikoda səfərdədir

# 28 sentyabr 2022 11:07 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Nazir Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib.

Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

Xatırladaq ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR