Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin müddəti yenidən uzadılıb

Aşıq Ələsgər

© APA | Aşıq Ələsgər

# 08 aprel 2022 11:24 (UTC +04:00)

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında elan olunan müsabiqənin vaxtı yenidən uzadılıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqəyə təqdim olunmuş eskiz layihələrə Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən müvafiq qaydada baxılıb.

Eskiz layihələrin Aşıq Ələsgər obrazının tam xarakterini əks etdirmədiyi nəzərə alınaraq, komissiya üzvləri tərəfindən müsabiqənin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edilib.

Belə ki, müsabiqəyə nümunələrin qəbulu üçün son tarix iyunun 30-u müəyyən edilib.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra iyulun 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.

İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqənin 23 dekabr 2021-ci il – 15 mart 2022-ci il tarixlərində keçirilməsi planlaşdırılsa da sonrada vaxtı martın 30-dək uzadılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR