Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin qalibi tezliklə müəyyənləşəcək

Aşıq Ələsgər

© APA | Aşıq Ələsgər

# 31 mart 2022 16:00 (UTC +04:00)

“Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün təşkil olunan müsabiqənin nəticələrinin 30 mart tarixində elan olunması planlaşdırılsa da, müraciətlərin çox olması səbəbindən Komissiyanın yaxın günlərdə növbəti iclasının keçirilməsi və iclasın yekununda Komissiya üzvlərinin yekdil qərarı əsasında qalibin müəyyənləşdirilməsi nəzərdə tutulur”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Sərəncam imzalayıb. Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR