"Atəşgah məbədi” Qoruğunda festival keçiriləcək

"Atəşgah məbədi” Qoruğunda festival keçiriləcək
# 17 may 2019 16:30 (UTC +04:00)

Mayın 18-i, saat 11:00-da “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda "Art Festival" keçiriləcək.

ONA-nın məlumatına görə, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri - xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.

Həmçinin festivalın stendlərində gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri sərgilənəcək. Tədbirin məqsədi xalq sənətini turistlərə tanıtmaq və sənətkarlığın inkişafına dəstək göstərməkdir.

Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq.

Tədbir saat 17:00-a qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR