Azad edilmiş ərazilərdə abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanıb

# 19 may 2022 16:10 (UTC +04:00)

“Aşkar edilmiş abidələr dağıntıya məruz qalma nisbətlərinə və əhəmiyyətinə görə qruplaşdırılır”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O, yalnız bundan sonra bərpa işlərinin planlı şəkildə inkişaf edə biləcəyini qeyd edib: "Sözsüz ki, bu qruplaşdırmadan sonra artıq həmin abidələrin bərpası üçün "yol xəritəsi" cızılmalıdır ki, biz də nazirlik səviyyəsində artıq bunu etmişik. Onu da qeyd edim ki, bu prosesdə bizə Heydər Əliyev Fondu, Şuşa Dövlət Qoruğu, cənab Prezidentin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəlikləri yaxından kömək edir", - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR