Azad olunmuş ərazilərdə mədəniyyət obyektlərinin tikintisinə xərclənən vəsait proqnozlaşdırılandan az olub

# 21 may 2022 16:10 (UTC +04:00)

2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat vəsait xərclənib.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, bu, proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR