Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunacaq
# 19 aprel 2022 12:25 (UTC +04:00)

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunacaq.

APA xəbər verir ki, budəfəki Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub.

Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan incəsənət sahəsində dünyanın məşhur platformalarından birində -Venesiya Biennalesində 8-ci dəfədir iştirak edir. İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən təmsil olunur. 59-cu Venesiya Biennalesi noyabrın 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR