Azərbaycan balabanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək

Anar Kərimov

© APA | Anar Kərimov

# 28 dekabr 2021 12:51 (UTC +04:00)

“Gələn il Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsi üçün bir neçə istiqamətdə UNESCO-ya müraciət ediləcək”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.

“Həmin istiqamətlər bunlardır: İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı, Molla Nəsrəddin lətifələri, sədəf sənəti, pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri, çay mədəniyyəti, balaban sənətkarlığı və ifaçılıq sənəti”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR