Azərbaycan Milli Konservatoriyasında Milli Musiqi Günü qeyd edilib

Azərbaycan Milli Konservatoriyasında Milli Musiqi Günü qeyd edilib
# 18 sentyabr 2019 10:56 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Konservatoriyasında Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Milli Musiqi Günü ildən-ilə, daha geniş şəkildə qeyd olunur.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Üzeyir Hacıbəylinin anadan olmasının musiqi bayramı kimi keçirildiyini xatırladıb.

Sonra tədris ocağının Xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi” ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR