Azərbaycan teatrının 147-ci mövsümünün açılışında “Dəli Domrul” tamaşasının premyerası olacaq

Azərbaycan teatrının 147-ci mövsümünün açılışında “Dəli Domrul” tamaşasının premyerası olacaq
# 16 sentyabr 2019 12:23 (UTC +04:00)

Sentyabrın 17-i, saat 17:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünün açılış mərasimi keçiriləcək.

APA-nın məlumatına görə tədbirdə Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” pyesi üzrə tamaşanın premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə təmir olunaraq 2018-ci il dekabrın 24-də kollektivin ixtiyarına verilib. 147-ci mövsümün açılışı, həm də Şuşa teatrının öz binasında ilk yeni mövsümünün açılışı kimi əlamətdar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR