Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyi

© APA | Mədəniyyət Nazirliyi

# 12 may 2022 11:51 (UTC +04:00)

Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sərgidə 13 ölkədən 1700 iştirakçı təmsil olunur.

Sərgidə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir, eyni zamanda Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nümayiş etdirilir.

Sərgi may ayının 21-ə kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycan sərgidə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı Azərbaycan Səfirliyinin dəstəyi ilə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR