Azərbaycan UNESCO-nun ekspert komissiyasının işğal altındakı mədəniyyət abidələrinə nəzarət etməsini təklif edib

Azərbaycan UNESCO-nun ekspert komissiyasının işğal altındakı mədəniyyət abidələrinə nəzarət etməsini təklif edib
# 01 iyul 2019 13:40 (UTC +04:00)

"Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılmasına yol verilir".

APA-nın məlumatına görə, bunu bu gün mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında keçirilən mətbuat konfransında bildirib.

Mədəniyyət naziri deyib ki, bu, yolverilməzdir: "Mehriban Əliyeva da dünən sessiyada çıxışında dedi ki, bu, həssas məsələdir və bu məsələdə UNESCO-nun dəstəyinə nail olmaq istəyirik. Uzun müddətdir ki, faktaraşdırıcı missiyanın regiona gəlməsinə Ermənistan mane olur. Hazırda bizim o ərazilərdə mədəniyyət abidələrinə nəzarət etmək imkanımız yoxdur. Bu, UNESCO-nun ekspert komissiyası tərəfindən, yaxud başqa formada həyata keçirilməlidir. Azərbaycanın UNESCO ilə bu sahədə əməkdaşlığı davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR