Pəhləvanlıq, Molla Nəsrəddin lətifələri və çay mədəniyyəti üzrə nominasiyalar UNESCO-nun irs siyahısına salınıb - YENİLƏNİB

Pəhləvanlıq, Molla Nəsrəddin lətifələri və çay mədəniyyəti üzrə nominasiyalar UNESCO-nun irs siyahısına salınıb - YENİLƏNİB
# 01 dekabr 2022 17:58 (UTC +04:00)

Azərbaycanın irəli sürdüyü “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nomaniyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

APA qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar Mərakeş Krallığının Rabat şəhərində keçirilən, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında verilib.

Həmçinin, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

***

16:04

Azərbaycanın Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

APA UNESCO-nun rəsmi saytına istinadən xəbər verir ki, qərar bu gün verilib.

Qərar Mərakeş Krallığının Rabat şəhərində keçirilən, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR