Azıx mağarasının sənədləri İlkin Siyahıya salınmaq üçün UNESCO-ya təqdim edilib

Azıx mağarası

© APA | Azıx mağarası

# 09 mart 2022 14:10 (UTC +04:00)

Ötən il fevral-mart aylarında Türkiyə Respublikasının təşəbbüsü ilə “Sədəf sənəti” və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiya fayllarının hazırlanması istiqamətində birgə iş aparılıb və Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün UNESCO-ya təqdim olunub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

“Eyni zamanda, Türkiyə ilə birlikdə “Balabanın sənətkarlığı və İfaçılıq Sənəti”, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi”, Türkiyə, İran İslam Respublikası, Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiya faylları üzrə birgə iş aparılıb və Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün UNESCO-ya təqdim edilib,” – hesabatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin də nominasiya sənədləri hazırlanıb: “Azıx və Tağlar mağara düşərgələrinin, Xudafərin körpülərinin UNESCO-nun İlkin Siyahısına daxil edilməsi üçün nominasiya sənədləri hazırlanmış və təqdim edilib”.

Hesabatda Şuşa şəhərinin tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”nin isə UNESCO-nun Qeyri-maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün müvafiq sənədlərin təşkilata təqdim olunması öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR