“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salınıb

“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salınıb
# 23 sentyabr 2023 13:16 (UTC +04:00)

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları - Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya İlkin siyahıya (Tentative List) daxil edilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasında verilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR