Bakıda İtaliyanın Milli Bayramı keçirilib - FOTO

Bakıda İtaliyanın Milli Bayramı keçirilib - FOTO
# 20 iyun 2022 21:03 (UTC +04:00)

Bakıda İtaliyanın Milli Bayramı qeyd olunub.

APA xəbər verir ki, tədbir İtaliya-Azərbaycan diplomatik və dostluq münasibətləri ilə əlaqədar keçirilib.

Dövlət Filarmoniyasında keçirilən bayram tədbirində İtaliya səfiri Klaudio Taffuri və səfirliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Anar Ələkbərov, təhsil naziri Emil Əmrullayev, energetika nazirinin müavini Samir Vəliyev iştirak edib.

Bayram tədbiri hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən təhsil naziri Emin Əmrullayev iki ölkə arasındakı dostluq münasibətindən danışıb:

“İtaliya Cənubi Qafqazda dövlət səviyyəsində ilk nümayəndəliyini Bakıda açıb. Bu faktor iki ölkə arasındakı əlaqələrin çoxşaxəli olmasının bariz nümunəsidir”.

Çıxışlar bitdikdən sonra tədbir konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR