Bakıda Latın Amerikası Festivalı keçirilir

 Bakıda Latın Amerikası Festivalı keçirilir
  • Clock-gray 17:58
  • calendar-gray 30 May 2019

Bu gün “İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu ölkəmizdə ilk dəfə geniş miqyasda keçirilən “Latın Amerikası Festivalı”ıdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilən bu tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudiu Franku açılış mərasiminin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıb.

Məlumat üçün bildirək ki, festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilir. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

Konsert proqramına "Avroviziya-2017" müsabiqəsində "Skeletons" mahnısı ilə Azərbaycanı təmsil etmiş Diana Hacıyevanın braziliyalı musiqiçi Klaudio Franko ilə yaratdıqları "Brazilidad" qrupunun çıxışında müxtəlif musiqi nömrələri yer alıb.

Qeyd edək ki, festival çərçivəsində metropolitendə keçirilən yeganə tədbir olmayacaq. İyunun 5-də saat 17:00-da yenə "İçərişəhər" stansiyasının vestibülündə braziliyalı gitaraçı, müğənni, bəstəkar, musiqi prodüseri Qleyson Tulionun konserti keçiriləcək.

Aytən Yusifova

Digər xəbərlər

Arxiv

date