Bakıda tarixi binalara əlavə mərtəbələr artırılması məsələsinə aydınlıq gətirilib

Bakıda tarixi binalara əlavə mərtəbələr artırılması məsələsinə aydınlıq gətirilib
# 23 yanvar 2023 12:31 (UTC +04:00)

Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, sosial mediada paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib.

Xatırladaq ki, Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən tarixi binalara əlavə mərtəbələr artırılması ilə bağlı sosial mediada paylaşım edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR