Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir

Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir
# 01 iyul 2019 10:02 (UTC +04:00)

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başlayıb.

APA-nın məlumatına görə, sessiyada UNESCO-nun Baş Direktoru Odri Azulay, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas, Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə, Səudiyyə Ərəbistanın Mədəniyyət naziri şahzadə Bader bin Abdulla, UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, UNESCO təşkilatının Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, İrs şöbəsinin və UNESCO Ümumdünya İrs Mərkəzinin direktor müavini Lazar Elundu Assom, UNESCO-da Koreya Respublikası Daimi Nümayəndəliyinin İcraiyyə Heyətinin sədri Byong-Hyun Li, İSESCO Mədəniyyət idarəsinin direktoru Nacib Riati Salih, Kanar Adaları Hökumətinin prezidenti Fernando Klavixo Batlye iştirak edirlər.

Qeyd edək ki, 24 iyun - 4 iyul 2018-ci il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Komitəyə sədr seçilib və 2019-cu ildə Komitənin 43-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR