Bakıda Yaponiyanın məşhur piano ifaçısının konserti keçirilib - FOTO

Bakıda Yaponiyanın məşhur piano ifaçısının konserti keçirilib - FOTO
# 18 iyul 2022 19:35 (UTC +04:00)

Yaponiya və Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində yubiley konserti keçirilib.

APA xəbər verir ki, Yaponiya səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Yaponiyanın məşhur piano ifaçısı Nakamura Tempei konsertdə Yaponiyanı və dünyadakı aktual məsələləri əks etdirən unikal musiqi parçaları ilə çıxış edib.

Qeyd edək ki, Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib. Xüsusilə, Yaponiya daxilində Dünya Mədəni İrsinə daxil olan abidə və məkanlar, təbii fəlakətdən zərərçəkmiş ərazilərə dəstək məqsədli konsertləri ilə xüsusi rəğbət qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR