Balet artistlərinin pensiya yaşının azaldılması təklif olunur

Balet artistlərinin pensiya yaşının azaldılması təklif olunur
# 05 may 2022 15:31 (UTC +04:00)

“Bu qanun layihəsi ilə bağlı Mədəniyyət Nazirliyindən, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Opera və Balet Teatrı və bir sıra belə qurumların təkliflərini burada səsləndirmək istəyirəm”.

APA xəbər verir ki, bunu Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, söhbət Azərbaycan rəqs mədəniyyətinin inkişafı ilə bağlı olan müraciətdən gedir: “İncəsənətin xüsusi sahələrində çalışan kişilər 60 yaşına çatdıqda 25 il sosial sığortası olduqda, qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var. Amma Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq imkanı verən istehsalatın müxtəlif sahələrində çalışanlara dair qərarı balet rəqs növündə çalışanların bu güzəştlərdən yararlanmasını çətinləşdirir. Bu artistlər 15-20 il pensiya üçün gözləməli olur və bu müddətdə işsiz qalırlar. Çünki bu rəqs növündə yaş artdıqca işlənək çətinləşir, aktivlik azalır, zədələr alınır. Onlar yaşa görə əmək pensiyası almaq üçün yaşın azaldılması ilə bağlı müraciət edirlər. Başqa sözlə, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə əmək pensiyası alanlar sırasına balet artistlərinin istisna hal kimi daxil edilməsini istəyirlər”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə daha sız çalışmalarına ehtiyac olduğunu bildirib.

Nazir müavini bu qaydaların yeni formasını müvafiq qurumlarla hazırladıqlarını deyib: “Düşünürəm daha sıx əməkdaşlıq edəcəyik. Çünki bizə bu güzəştli pensiya üçün istehsalat sahələrini müvafiq qurumlar təqdim edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR