Bədii film layihələrinə dəstək müsabiqəsinin qalibləri açıqlanıb

Bədii film layihələrinə dəstək müsabiqəsinin qalibləri açıqlanıb
# 08 aprel 2022 15:59 (UTC +04:00)

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” layihə müsabiqəsinə yekun vurulub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, 2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib.

Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - pitçinq mərhələsinə buraxılıb.

Pitçinq mərhələsi martın 18-də Dövlət Film Fondunda təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsi ilə canlı yayımlanan pitçinqdə müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq pitçinqdə müdafiə ediblər. Bu mərhələdə münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb. Həmin filmlər aşağıdakılardır.

Layihənin adı

Təqdim edən şirkət

1.

Ata və oğullar

“Buta Film” MMC

2.

Əlvida, noyabr

“Ultra Production”

3.

Qıfıl

“Nova Gorica” kino mərkəzi MMC

4.

Mavi sviterli adam

“Mandarin Agency” Co

5.

Müqəddəs inək

“Narimanfilm” MMC

6.

Ölü Həsən

“Ultra Production”

7.

Uçurum

“Cinemedia” MMC

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR