Bir sıra incəsənət xadiminə “Nizami Gəncəvi” xatirə döş nişanı təqdim edilib - FOTO

“Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı

© APA | “Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı

# 30 dekabr 2021 18:07 (UTC +04:00)

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı keçirilib.

APA-nın məlumatına görə tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, il boyu Nizami Gəncəviyə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Onun sözlərinə görə, tədbirlərin keçirilməsində əsas məqsəd Nizami Gəncəvi irsini bütün dünyaya nümayiş etdirərək Azərbaycan mədəniyyətinin böyüklüyünü göstərmək olub: “Biz Nizami Gəncəvi ilinin son günlərini yaşayırıq. Mədəniyyət Nazirliyi olaraq bu il bir sıra mühüm tədbirlərin keçirilməsinə nail olmuşuq. Bu tədbirlər çərçivəsində xaricdə Nizami Gəncəvinin heykəli ucaldılıb, Nizaminin əsərləri üzərində qurulmuş tamaşalar səhnələşdirilib, son olaraq Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilib”.

Nazir müavini onu da vurğulayıb ki, Nizami Gəncəvi öz müdrikliyi ilə millətlər arasında körpü rolunu oynayır: "Nizaminin əsərlərinə baxsaq, müasir Azərbaycan dəyərlərini orada görə bilərik. Xüsusilə də vurğulamaq istərdim ki, Azərbaycanda multikulturalizmin formalaşmasında Nizami irsinin mühüm rolu var.”

Sonra “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən incəsənət nümayəndələrinə xatirə nişanları təqdim edilib.

Təltif olunanlar siyahısında Xalq artistləri Nurəddin Mehdixanlı, Yalçın Adıgözəlov, Fuad Osmanov, Samir Cəfərov və digərləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR