Birinci vitse-prezident: “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik”

Birinci vitse-prezident: “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik”
# 18 sentyabr 2019 12:26 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində 18 sentyabr – Milli Musiqi Günü münasibətilə paylaşım edib.

APA-nın xəbərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

“1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub. Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlib. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik”, - M. Əliyeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR