Bohai boğazında quşların miqrasiyası bölgəsi Dünya İrs Siyahısına salınıb

Bohai boğazında quşların miqrasiyası bölgəsi Dünya İrs Siyahısına salınıb
# 05 iyul 2019 11:38 (UTC +04:00)

Sarı dəniz sahilində yerləşən Bohai boğazında quşların miqrasiyası bölgəsi Dünya İrs Siyahısına salınıb.

APA-nın məlumatına görə, bu qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib. Sarı dəniz sahilində yerləşən Bohai boğazında quşların miqrasiyası bölgəsi Çin tərəfindən irəli sürülüb. Müzakirələrdən sonra bölgə Dünya İrs Siyahısına salınıb.

Qeyd edək ki, ümumilikdə 35 nominasiya müzakirəyə çıxarılıb. Onlardan 5-i təbii, qalanı isə mədəni abidələridir. Nominasiyaların 15-i Avropadan, 1-i isə Afrikada verilib.

Xatırladaq ki, Azərbaycandan Şəki şəhərinin qədim hissəsi və Şəki Xan Sarayının Dünya İrs siyahısına salınması da müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR