Bu il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 12 əmtəə nişanı verilib

Bu il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 12 əmtəə nişanı verilib
# 24 dekabr 2021 18:07 (UTC +04:00)

“2021-ci il ərzində qeydiyyat üçün milli prosedur üzrə əmtəə nişanına dair 3201, ixtira üzrə 129, faydalı model üzrə 31, sənaye nümunəsi üzrə 25, coğrafi göstərici üzrə 1 iddia sənədi daxil olub”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən bildirilib.

2021-ci ildə qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Əqli Mülkiyyət Agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə prosedurların asanlaşdırılması və şəffaflığın gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib.

“Bu məqsədlə Agentlik tərəfindən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi istifadəyə verilib və bununla sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilir. Bu sistem göstərilən dövlət xidmətlərinin səviyyəsini əvvəlki illərlə müqayisədə yüksəldib”- məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR