Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının nümayəndə heyətini qəbul edib
# 22 yanvar 2020 17:33 (UTC +04:00)

Mədəniyyət naziri Əbüfəs Qarayev Bakıda səfərdə olan Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri və 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Ə.Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun Azərbaycan mədəniyyətinin, mədəni irsinin təbliğində rolunu yüksək qiymətləndirildiyini qeyd edib. Nazir hər il Bruklində keçirilən Beynəlxalq Dostluq gününü qeyd edərək tədbirə böyük maraq olduğunu və Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirib.

M.Rozental hər il Bruklində Azərbaycan həftəsinin təşkil olunduğunu, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi və rəqslərinin nümayiş olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən tədbirlərin təşkilində göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Ə.Qarayev Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR