Əbülfəs Qarayev İçərişəhərlə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb

Əbülfəs Qarayev İçərişəhərlə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb
# 28 fevral 2020 12:56 (UTC +04:00)

"Artıq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparılıb, böyük beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar müvafiq tədbirlərin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdıran nazir bu tədbirlər çərçivəsində muzeylərdə saxlanılan əşyaların bir qisminin sərgilərdə nümayiş olunacağını bildirib: "Bundan başqa, bir sıra mədəni proqramlar təqdim ediləcək. Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq. Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Çünki bu gün İçərişəhərdə görülən işlər təqdirə layiqdir".

Qeyd edək ki, fevralın 27-də Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR