Burkina-Faso Azərbaycanla mədəni sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır

Burkina-Faso Azərbaycanla mədəni sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır
# 06 iyul 2019 19:41 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Burkina-Fasonun ali təhsil və elmi araşdırmalar naziri Alkasum Maiganın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Əbülfəs Qarayev Burkina-Faso nümayəndə heyətinin UNESCO-nun mötəbər tədbirində fəal iştirakına görə qonağa təşəkkürünü bildirib. Nazir həmçinin iyulun 5-də Burkina-Faso təqdim etdiyi nominasiyanın Dünya İrs Siyahısına salınması münasibətilə təbriklərini çatdırıb.

İki ölkə arasında münasibətlərin qurulması barədə danışan Əbülfəs Qarayev Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti, ölkə mədəniyyətinin beynəlxalq arenada təbliği istiqamətində görülən işlərdən söz açıb.

Alkasum Maiga Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Qonaq iki ölkə arasında mədəni əlaqələrin qurulmasında, o cümlədən musiqi qruplarının qarşılıqlı səfərlərinin, film həftələrinin təşkil olunmasında maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR