COPAT: Qarabağda coğrafi göstəricilər qeydiyyata alınır

COPAT: Qarabağda coğrafi göstəricilər qeydiyyata alınır
# 24 dekabr 2021 18:17 (UTC +04:00)

“Azad olunmuş ərazilərdə coğrafi göstəricilərin qorunması üçün onların qeydiyyata alınması istiqamətində də işlər aparılır və mərhələli şəkildə həyata keçirilməsi təmin olunacaqdır”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən bildirilib.

“Cari ilin iyun ayında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) adına “Made in Karabakh” təsviri əmtəə nişanı qeydiyyata alınmış, həmçinin "Qarabağ Dirçəliş Fondu" Publik Hüquqi Şəxsi tərəfindən “Qarabağ Dirçəliş Fondu” və “Karabakh Revival Fund” təsviri əmtəə nişanlarının qeydiyyata alınması üçün müraciətlər daxil olub. Həmin iddia sənədləri üzrə qeydiyyat proseduru başa çatmaq üzrədir”-məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR