Dəmir Yolu Muzeyinin üzərindəki reklam lövhələri sökülüb - FOTO

Dəmir Yolu Muzeyinin üzərindəki reklam lövhələri sökülüb

© APA | Dəmir Yolu Muzeyinin üzərindəki reklam lövhələri sökülüb

# 07 sentyabr 2022 12:42 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə monitorinqlərə başlayıb.

APA xəbər verir ki, monitorinqlər əvvəlcə Bakı şəhərində yerləşən və dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir.

İlk olaraq, Azadlıq prospekti 22 ünvanında yerləşən tarixi Dəmir Yolu Muzeyinin üzərindəki reklam lövhələri sökülərək tarixi abidənin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb.

Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli bildirib ki, bu monitorinqlərin məqsədi sahibkarları cərimələmək deyil: “Lakin xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib ediləcək”.

Fariz Hüseynov həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruriliyini diqqətə çatdırıb.

Qeyd edək ki, sentyabrın 1-dən başlayan monitorinqlər ümumilikdə 20-də artıq tarix-memarlıq abidəsini əhatə edəcək.

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan monitorinqlərin paytaxt Bakı ilə yanaşı, həm də bölgələrdə yerləşən tarixi abidələrdə də həyata keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR