Dövlət Xidməti: Abidələrdə qeyri-professional bərpa-təmir işlərinin aparılmasına cəhd edilir

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 07 yanvar 2022 15:15 (UTC +04:00)

"Ötən il abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb".

APA-nın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abidələrin qəsdən korlama və ya məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub.

A.Cəfərli vurğulayıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə zidd olaraq, müvafiq razılıq və layihə sənədləri olmadan abidələrdə qeyri-professional səviyyədə bərpa-təmir və yenidənqurma işlərinin aparılmasına cəhd göstərilir ki, ötən dövr ərzində Dövlət Xidməti tərəfindən çoxlu sayda belə qanun pozuntularının qarşısı alınıb: “Nümunə olaraq Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonu Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan işlər aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR