Dövlət Xidməti: Ələtdəki sənaye borusuna və Səngəçaldakı karvansaraya baxış keçirilib - FOTO

Dövlət Xidməti: Ələtdəki sənaye borusuna və Səngəçaldakı karvansaraya baxış keçirilib - FOTO
# 23 noyabr 2022 13:32 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bir sıra abidələrə baxış keçirib.

Dövlət Xidmətindən APA-ya verilən xəbərə görə, ilkin olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən sənaye borusuna baxılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti işlərinin aparılması planlaşdırılan, abidə kimi reyestrə daxil olmayan sənaye borusunun mühafizəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bildirilib ki, mühəndis tikililəri tipinə daxil olan belə borular, inşa texnikasına, dayanıqlı konstruksiyasına və maraqlı kompozisiyasına görə diqqəti cəlb edir: "Bu kimi tikililər ölkəmizin sənaye tarixinin mühüm elementlərindəndir".

Daha sonra Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən karvansara və ovdanlara baxış keçirilib.

Xidmət rəisi həmin abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR