Dövlət Xidməti İşğal Muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq orqanlara təkliflər təqdim edib 

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 07 yanvar 2022 15:39 (UTC +04:00)

"Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub".

APA-nın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı - Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanmış və aidiyyəti üzrə göndərilib. Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər Muzeyi və açıq hava altında təşkil ediləcək İşğal Muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib və İşğal Muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edib", - Xidmət rəisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR