Dövlət Xidməti: “Şah Abbas” məscidinin bərpası gündəmdədir

"Şah Abbas" məscidi

© APA | "Şah Abbas" məscidi

# 28 iyun 2022 15:19 (UTC +04:00)

“Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir”.

Bunu APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda həmin məscid qəzalı vəziyyətədir: “Məscidin bərpa olunaraq yenidən istifadəsi məsələsi gündəmdədir. Bu məqsədlə “Şah Abbas” məscidinin bərpa olunması üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.

Dövlət Xidmətindən həmçinin bildirilib ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir: “Həmin məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır”.

Qeyd edək ki, Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidinin hazırkı vəziyyəti sosial şəbəkələrdə müzakirə olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR