Dövlət Xidməti tarixi abidələri ziyarət edənlərə müraciət edib

Dövlət Xidməti tarixi abidələri ziyarət edənlərə müraciət edib
# 14 mart 2022 11:09 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd olunacaq.

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, əlamətdar gün münasibətilə ölkə vətəndaşlarının tarixi abidələrin fonunda çəkdirdiyi şəkillərin onlayn sərgilənməsi nəzərdə tutulur.

Trixi məkanları ziyarət edən hər kəs abidələrin fonunda çəkdirdiyi fotoları [email protected] elektron ünvanına göndərə bilər.

Göndərilən fotolardan ən yaxşıları seçilərək Dövlət Xidmətinin rəsmi “Facebook” səhifəsində nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR