Əbülfəs Qarayev: "Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı 6 il müzakirələr aparılıb"

Əbülfəs Qarayev: "Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı 6 il müzakirələr aparılıb"
# 10 iyul 2019 12:23 (UTC +04:00)

"Heç kəs düşünməsin ki, tarix abidənin bərpası onun ilkin varianta qaytarılması deməkdir".

APA-nın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.

O bildirib ki, Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı müzakirələr 6 il ərzində aparılıb: "2017-ci ildə bizə Şəki ilə bağlı tövsiyələr oldu, onları yerinə yetirdik. Mədəniyyət Nazirliyinin tərkibində tarixi abidələrin qorunması ilə bağlı Xidmət fəaliyyət göstərir. Xidmət tərəfindən yeni abidələr tapılır, onların konservasiyası həyata keçirilir".

Nazir qeyd edib ki, abidələrin konservasiyasının məqsədi odur ki, növbəti illərdə onlaların dağılmasının qarşısını alsın: "Ola bilsin, insanlar bunu hiss etmirlər, amma hər il nazirlik nümayəndələri Şəkidə və digər yerlərdə abidələrə nəzarəti həyata keçirir, abidələrin eyni vəziyyətdə qalmasına çalışırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR