Ekspert: “II Dünya müharibəsindən sonrakı Avropa ilə Qarabağın vəziyyəti oxşardır”

Alessandro Bianki

© APA | Alessandro Bianki

# 20 may 2022 10:42 (UTC +04:00)

İkinci Dünya müharibəsindən sonrakı Avropa ilə Qarabağın, o cümlədən Şuşanın indiki vəziyyəti oxşardır.

APA xəbər verir ki, bunu xarici ekspert Alessandro Bianki Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada müharibədən sonrakı bərpa işlərinin bir sıra mühüm nümunələri var: “Məsələn, Varşavanın mərkəzində müharibənin bütün fəsadlarının aradan qaldırılması tarixi şəkillərə baxaraq, o ənənəni mənimsəyərək həyata keçirilib. Çünki məqsəd müharibənin izini şəhərin mərkəzindən tamamilə silmək idi. Onlar bunu bacardı. Başqa tərəfdən, Berlini misal çəkə bilərik. Berlində bombalanmış binaların dağıntıya məruz qalmış bir hissəsi hələ də qorunur. Bu da tarixi yaddaşın qorunması anlamına gəlir. Demək istədiyim odur ki, Şuşa və Qarabağın bərpası zamanı sözügedən təcrübələri nəzərdən keçirilməlidir”.

Mədəni mühitin canlandırılması yolu ilə inkişafı üzrə ekspert Terry Sandel isə deyib ki, mədəni və yaradıcı sənayelər bərpa zamanı mütləq inkişaf etdirilməlidir.

O qeyd edib ki, bu gün üçün ən vacib proses ərazinin minalardan təmizlənməsidir: "Mədəni və yaradıcı sənayenin iş yerləri yaratma potensialı çox genişdir. Bu, Şuşanın dayanıqlı olması üçün vacibdir. Amma bütün bunlardan öncə bu ərazilərin ən mürəkkəb mərhələsi minalardan təmizlənmə prosesidir. Bu proses təhlükəsiz həyatın yaradılması üçün atılacaq ən vacib addım və prosesdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR