Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləği dəyişib

Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləği dəyişib
# 20 may 2022 12:07 (UTC +04:00)

Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişiklikliyə əsasən bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılıb. Ölkədə aparılan sosial yönümlü siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların rifahının yaxşılaşdırılması və bu məqsədlə mütəmadi olaraq əmək haqlarının artırılmasıdır. Bu baxımdan Agentliyin tabeliyində olan qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək haqlarının artırılması da Agentliyin diqqət mərkəzindədir.

Bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə xidməthaqlarının məbləğlərinin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunur.

Qərara əsasən, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 ay müddətində möhlət verilməsi üçün; iddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadılması üçün; İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün ödənilən haqların məbləği 30 manatdan 45 manata qaldırılıb.

Göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün ödənilən haqqın məbləği 10 manatdan 15 manata qaldırılıb.

Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün ödənilən haqqın məbləği 60 manatdan 90 manata, bir ədəd əmtəə nişanı üçün ödənilən haqqın məbləği 80 manatdan 120 manata, bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün ödənilən haqqın məbləği 50 manatdan 75 manata, əmtəə nişanı üçün ödənilən haqqın məbləği 95 manatdan 143 manata, kollektiv nişan üçün ödənilən haqqın məbləği 145 manatdan 218 manata, İddia sənədinin ekspertizası üçün ödənilən haqqın məbləği 135 manatdan 203 manata qaldırılıb.

Eyni zamanda artıq iddia sənədinin ekspertizası üçün haqq ödəniləcək və bunun üçün 15 manat müəyyən edilib.

Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə göstərilən haqqa (135 manat) 60 manat əlavə edilməklə müəyyənləşdiriləcək. Əvvəl bu rəqəm 40 manat təşkil edirdi.

İddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 ay müddətində aparılması üçün göstərilən haqqa (135 manat) 180 manat əlavə edilməklə müəyyənləşdiriləcək. Əvvəl bu haqq 120 manat təşkil edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR