Gədəbəydə Milli Yaylaq Festivalı başa çatıb - FOTO

Gədəbəydə Milli Yaylaq Festivalı başa çatıb - FOTO
# 28 iyul 2019 20:52 (UTC +04:00)


Gədəbəy rayonunun Miskinli yaylağında 3 güb davam edən Milli Yaylaq Festival bu gün başa çatıb.

Festivalın sonuncu günündə “yorğa at”, “nərd”, “oxatma”, “çaparaq at”, “qurşaq”, “masa qol güləşi”, “kəndirdartma” yarışları keçirilib.

Həmçinin pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər.

Gəncə Dövlət Dram Teatrının aktyorları mili adənt-ənənələri əks etdirən səhnəciklər göstərib.

Bundan başqa, festivalda Gəncə Dövlət Flarmoniyasının “Göygöl” rəqs ansamblı müsuqi nömrələrilə çıxış edib.

Respublikanın bir neçə rayonlarından olan incəsənət xadimləri də rəngarəng musiqi parçaları ifa ediblər.

Bağlanış mərasimi konser proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə təşkil edilən festivalda 16 ölkədən nümayəndələr iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR