Gənc mədəniyyət işçilərinin I Beynəlxalq yay düşərgəsi təşkil olunub

Gənc mədəniyyət işçilərinin I Beynəlxalq yay düşərgəsi təşkil olunub
# 26 iyul 2019 17:24 (UTC +04:00)

İyulun 26-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin I Beynəlxalq yay düşərgəsi təşkil olunub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Gədəbəy Rayon İcra Hakimiyyəti, TİKA, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək “Milli Yaylaq Festivalı” çərçivəsində təşkil olunan düşərgə Şəmkir Regional Mədəniyyət İdarəsinin nümayəndələrinin, müxtəlif regionlardan olan gənc mədəniyyət işçilərinin, Türkiyə, Rusiya və Qazaxıstandan gələn qonaqların iştirakı ilə reallaşıb.

Mərkəzin direktoru Asif Usubəliyev düşərgəni açıq elan edərək belə layihələrin gənc mədəniyyət işçiləri arasında səmimi münasibətlərin, yoldaşlıq və dostluq hisslərinin formalaşmasında, sərbəst fikirlərin, yeni ideyaların ortaya çıxmasında və problemlərin birlikdə həll olunmasında yardımçı olduğunu vurğulayıb.

Gədəbəy rayon Heydər Əliyev parkında I Beynəlxalq yay düşərgəsi çərçivəsində “Küçə gitaraçıları və qraffiti festivalı” təşkil olunub. Parkın müxtəlif guşələrində gitara ustalarının zövq oxşayan melodiya sədaları altında Mədinə Rəhimova və digər qraffiti ustaları öz əsərlərini yerli və xarici iştirakçılara nümayiş etdiriblər.

Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayeva, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova çıxışlarında düşərgənin təşkilatçılığını yüksək qiymətləndiriblər.

Düşərgənin davamı “Milli Yaylaq Festivalı”nda nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR