Gəncə Tarix-Mədəniyyət Qoruğunun ərazisində ehtiyat tədbirləri görülməklə təmizlik işlərinə başlanılıb.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Təmizlik işlərinə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin və Gəncə Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətin dəstəyi ilə başlanılıb.
Təmizlik işlərinə İcra Hakimiyyəti tərəfindən texnikalar və kommunal müəssisələrdən işçilər cəlb olunub.
Eyni zamanda Gəncə Regional İdarəsi və Gəncə Tarix-Mədəniyyət Qoruğu tərəfindən ərazidə yerləşən tarixi abidələrə yenidən məlumat lövhələri yerləşdirilib.
Qeyd edək ki, bir müddət öncə qoruğun ərazisinin çirkləndirilməsinin qarşısının alınması üçün monitorinq keçirilib və akt tərtib edilmişdi.