Gürcüstanda “Forsaj-9” filminin çəkilişlərinə başlanılıb

Gürcüstanda “Forsaj-9” filminin çəkilişlərinə başlanılıb
# 19 avqust 2019 10:38 (UTC +04:00)

Tbilisidə “Forsaj-9” (Fast and Furious - 9) filminin bəzi səhnələrinin çəkilişinə başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, avqustun 20-dək davam edəcək çəkilişlərlə əlaqədar Gürcüstan paytaxtının müəyyən küçələrində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq. Tbilisidə çəkilişlər əsasən Rustaveli və Vaja-Pşavela prospektlərində, Azadlıq meydanında, Puşkin, Besarion Jqenti, Avto Varazi və Universitet küçələrində aparılacaq.

Filmin çəkilişləri Tbilisi ilə yanaşı Rustavi şəhərində aparılacaq. Burada çəkiliş məkanı kimi Rustavi maşın bazarı seçilib.

Qeyd edək ki, “Forsaj - 9” filminin Gürcüstanda çəkilişləri “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR